Filippində bərədə baş verən yanğın nəticəsində 5 nəfər ölüb
Filippinin qərbində sərnişin bərəsində güclü yanğın baş verib. Hadisə nəticəsində ən azı 5 nəfər ölüb, onlarla insan itkin düşüb. Məlumata görə, 43 nəfər xilas edilib.
“Seanews.az” xəbər verir ki, “MV June Aster” bərəsində yanğın çərşənbə günü axşam saat 18:45 radələrində gəmi Manila şəhərindən Palavan əyalətinin Koron şəhərinə doğru hərəkət edərkən başlayıb.
Bərədə ümumilikdə 134 nəfər – 117 sərnişin və 17 ekipaj üzvü olub. Güclü külək və dalğalar xilasetmə işlərini çətinləşdirib. Yanğının səbəbi hələlik məlum deyil.
Filippində bərələr əsas nəqliyyat vasitələrindən biridir. Ölkədə dəniz qəzalarının baş verməsinə fırtınalar, gəmilərin texniki vəziyyəti, həddindən artıq yüklənmə və təhlükəsizlik qaydalarına nəzarətin zəif olması kimi amillər təsir göstərir.


