Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-09,
Seanews
Heyder Eliyev

“Xocalı” gəmisi Yeni Zelandiyadan Çinə 18 günlük səfərə çıxıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Handysize” tipli “Xocalı” quru yük gəmisi növbəti beynəlxalq səfərə çıxıb.

Gəmi sentyabrın 9-da Yeni Zelandiyanın Nelson limanında dəyirmi ağac materialları ilə yüklənərək Çinin Lanşan limanına doğru yola düşüb. Sakit okean hövzəsində baş tutan səfərin fasiləsiz olaraq təxminən 18 gün davam etməsi gözlənilir.

Sakit və Hind okeanları da daxil olmaqla, geniş coğrafiyada fəaliyyət göstərən gəminin Yeni Zelandiyadan Çinə səfəri ASCO-nun qlobal dəniz daşımaları bazarında iştirakının genişləndirilməsi və Azərbaycan gəmiçiliyinin beynəlxalq sularda mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin davamıdır.

ASCO-nun donanmasında ilk “Handysize” tipli quru yük gəmisi olan “Xocalı” 2024-cü ildə istismara verilib. Məhdudiyyətsiz üzmə imkanlarına malik gəminin dedveyti 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir. Bu texniki göstəricilər gəminin müxtəlif tipli beynəlxalq yükdaşımalarına cəlb edilməsinə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır