ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Zərifə Əliyeva”, “Akademik Topçubaşov”, “Bərdə”, “Qaradağ-7”, “PSK-45”, “Cəmil Niftəliyev”, “Orion-17”, “PSK-28”, “Orion-3”, “Abşeron-21”, “Abşeron-18”, “General Əsədov”, “Orion-25” gəmilərində, 639 saylı üzən emalatxanada, eləcə də ASCO-nun tikilməkdə olan yeni inzibati binasında aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır