ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Zərifə Əliyeva”, “Dədə Qorqud”, “Professor Gül”, “Bərdə”, “Bəstəkar Fikrət Əmirov”, “Zəngilan”, “Qəhrəman Xəlilbəyli”, “Prezident Heydər Əliyev”, “Şah İsmayıl Xətai”, “Koroğlu”, “Mühəndis Mustafa Əli”, “Şuşa”, “Babək”, “Cabbar Həşimov”, “Cəlil Məmmədquluzadə”, “Zəfər”, “PS-158”, “Orion-20”, “Ağdərə-4”, “Turan”, “Neftqaz-64” gəmilərində aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.