Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-19,
Seanews
Heyder Eliyev

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür

XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.

Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb. Belə ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.

ASCO üçün ətraf mühitin qorunması əsas davamlı inkişaf meyarlarından biridir. Bu səbəbdən gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan tullantıların ətraf mühitə zərərlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır, mövcud imkanlar daxilində bu istiqamətdə qabaqlayıcı tədbirlər görürük.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır