Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

İlk yüksək sürətli elektrik bərəsi istismara hazırdır

Elektrik mühərrikləri ilə işləyən dünyanın ilk ekoloji cəhətdən tamamilə təmiz yüksək sürətli "Medstraum" bərəsi "Fjellstrand" gəmiqayırma zavodundan Norveçin Stavanger şəhərindəki yeni qeydiyyat limanına yola düşüb.

“Seanews.az”-ın məlumatına görə, “Columbus” əməliyyat şirkəti bildirib ki, gəmi avqust ayında müntəzəm səfərlərə çıxacaq.

“Columbus”-un baş icraçı direktoru Mikal Dae deyib: "Biz yeni və ekoloji cəhətdən təmiz texnologiyalara üstünlük verdiyimizdən bu flaqman gəmini aldığımızdan çox şadıq. “Medstraum” bərəsi şirkətin emissiyalarını ildə 1500 ton azaldacaq".

Elektrik enerjisi ilə işləyən bərə 150 sərnişin daşımaq üçün nəzərdə tutulub. Uzunluğu 30 metr, eni 9 metr, maksimal sürəti 27 düyün (50 km) təşkil edir. 23 düyün sürətlə bərə bir saat işləyə bilər. Bu, orta hesabla 30 dəqiqə üzmə üçün kifayətdir.

“Medstraum” bərəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Böyük Britaniya, Almaniya, Yunanıstan, Niderlan və Norveçdən olan mütəxəssislər tərəfindən “TrAM” layihəsi çərçivəsində hazırlanıb. Onun dəyəri 11 milyon dollar qiymətləndirilir.

Norveç 2030-cu ilə qədər karbon neytrallığına nail olmaq məqsədi ilə elektrik gəmilərinin istismarına başlayan ilk ölkədir, belə ki, sıfır emissiyalı kiçik “Ampere” bərəsini donanmasına 2015-ci ildə qəbul edib . Hazırda ölkədə 70 aşağı sürətli elektrik bərəsi fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır