2022-ci ilin birinci yarısında Sinqapur limanında 288,5 milyon ton yük aşırılıb
2022-ci ilin yanvar-iyun aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azalaraq 288,5 milyon tona düşüb.
“Seanews.az”-ın məlumatına görə, quru yüklərin aşırılmasının həcmi 9,6 milyon ton (-21%), neft yüklərinin aşırılmasının həcmi 93 milyon ton (-3%) təşkil edib.
Konteyner dövriyyəsi 1,8% azalaraq 18,4 milyon TEU olub.
Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2021-ci ildə Sinqapur limanının yük dövriyyəsi 599 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


