Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Yunanıstan iki limanını hərraca çıxarır

Liman sənayesinin irimiqyaslı özəlləşdirilməsi çərçivəsində Yunanıstanın hakimiyyəti ölkənin şimal-şərqində, Bolqarıstan və Türkiyədən çox da uzaq olmayan Aleksandrupolis limanını investorlara satmaq niyyətindədir.

“Seanews.az”-ın məlumatına görə, limanın alınması ilə bağlı tenderdə iştirak üçün ərizələr iyulun 29-dək verilə bilər.

Yunanıstan hakimiyyəti İqumenitsa limanının alınması üzrə tenderin qaliblərini də seçmək niyyətindədir. Bu məqsədlə təkliflər avqustun 5-dək təqdim edilməlidir.

Xarici investorlar tərəfindən özəlləşdirilən ilk Yunanıstan limanları Pirey və Saloniki olub. Hazırda Pirey Çinin “COSCO” qrupu tərəfindən idarə olunur. Saloniki limanı isə Rostovlu iş adamı İvan Savvidiyə məxsus “Deutsche Invest Equity Partners GmbH”, “Terminal Link SAS” və “Belterra Investments LTD”-nin daxil olduğu investisiya konsorsiumu tərəfindən alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır