“Ultra-lüks" kruiz gəmiləri inşa edir
İtaliyanın “Fincantieri” gəmiqayırma şirkəti "ultra-lüks" kruiz gəmisi inşa edir.
“Seanews.az”-ın məlumatına görə, gəmi 2025-ci ilin sonuna kimi istismara verilməlidir. Müqavilə daha iki oxşar kruiz gəmisinin inşası variantını da nəzərdə tutur. Dəyəri 1,2 milyard avro qiymətləndirilir.
Bununla belə, sifarişçinin adı və gəminin texniki xüsusiyyətləri açıqlanmır.
Bundan bir həftə əvvəl isə “Fincantieri” gəmiqayırma şirkəti LNG və hidrogenlə işləyən “Explora III” və “Explora IV” adlı daha iki lüks kruiz gəmisinin inşası barədə məlumat vermişdi. Müqavilə “MSC Group” ilə imzalanıb. Gəmilərin 2026 və 2027-ci illərdə istismara verilməsi planlaşdırılır. Onların dəyəri 3,5 milyard avrodur.
Kruiz gəmiləri üçün bu sifarişlər həm də, pandemiyanın ağır zərbəsinə məruz qalan bir seqmentə inamın bərpa olunması deməkdir.


