Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

22 ay ərzində 4 desant gəmisi inşa edilib

Qətər Hərbi Dəniz Qüvvələri üçün 22 ay müddətində 3 fərqli sinifdən 4 desant gəmisi inşa edilib.

Ordu.az xəbər verir ki, Qətər Hərbi Dəniz Qüvvələrinin desant gəmilərinin inventarının gücləndirilməsi məqsədilə Anadolu Gəmiqayırma Zavoduna verdiyi sifarişlər Qətər Hərbi Dəniz Qüvvələrinə uğurla çatdırılıb.

Çatdırılma 20 nəfərlik nümayəndə heyətinin himayəsi altında mərasimlə həyata keçirilib. 22 ayda inşa edilən gəmilər 6 həftəlik kadr hazırlığından sonra Qətərə doğru üzəcək.

Qətər daha əvvəl Anadolu Gəmiqayırma Zavodundan 2 dəniz patrul gəmisi sifariş etmişdi. Sözügedən sərəncam çərçivəsində “Əl Doha” və “Əl Şamal” gəmiləri 36 ay ərzində inşa edilərək Qətər Hərbi Dəniz Qüvvələrinə uğurla təhvil verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır