Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Yaponiya Avstraliyadan LNG tədarükünü artırmağı xahiş edib

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Koiti Haqiuda Avstraliyadan mayeləşdirilmiş təbii qazın istehsalını və tədarükünü artırmağı xahiş edib.

“Seanews.az”-ın məlumatına görə, Sidney Enerji Forumu çərçivəsində keçirilən enerji nazirlərinin iclasında Haqiuda Avstraliyanın energetika naziri Kris Bouendən “Tokionun Rusiyadan qaz nəqlində mümkün fasilələrlə bağlı narahatlığına görə LNG hasilatını artırmağı” xahiş edib.

"Bu, böyük əhəmiyyət kəsb edəcək və bizim enerji təhlükəsizliyimizin möhkəmlənməsinə gətirib çıxaracaq", - deyə yaponiyalı nazir bildirib.

Haqiuda çıxışında həmçinin qeyd edib ki, Yaponiyanın tələbatının təxminən 9%-ni təmin edən “Saxalin-2” qaz layihəsi ilə bağlı Rusiyanın son qərarları “təchizatın dərhal dayandırılmasına səbəb olmayacaq”. "Lakin biz gözlənilməz hallara hazır olmaq üçün bütün mümkün tədbirləri görməliyik", - deyə o, qaz tədarükünün təmin edilməsinin hazırda Tokionun əsas enerji prioriteti olduğunu vurğulayıb.

Avstraliya Energetika Nazirliyinin məlumatına görə, Avstraliya LNG-nin demək olar ki, 40%-ni Yaponiyaya verir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır