Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Göldə itirilən üzük 53 ildən sonra tapılıb

Kaliforniya gölündə çimərkən üzüyünü itirən alabamalı qadının zinət əşyası 53 ildən sonra göldə balıq tutan cütlük tərəfindən tapılıb.

“United Press” agentliyi xəbər verir ki, Dana Skott Laflin 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Berriess gölündə üzərkən üzüyü suya düşüb. Onun oğlu bir neçə gün əvvəl həmin göldə balıq tutarkən üzüyü tapan və sahibini müəyyənləşdirməyə çalışan cütlükdən mesaj alıb.

Qadın fotoşəkillərə baxaraq adının baş hərflərinin və oxuduğu məktəbin adının həkk edildiyi üzüyün ona məxsus olduğunu təsdiqləyib. Tapılmış üzük poçtla sahibinə göndərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır