Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

“Berge Bulk” öz gəmilərini fırlanan yelkənlərlə təchiz edir

Sinqapurun “Berge Bulk” gəmiçilik şirkəti iki balkerini yelkənlərlə təchiz etmək üçün “Anemoi Marine Technologies” ilə müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, birinci gəmi, 2012-ci ildə tikilən və dedveyti 388 min ton olan “Berge Neblina” adlı filiz daşıyandır və o, dörd “Anemoi” qatlanan rotor yelkənləri ilə təchiz olunacaq.

İkincisi 2017-ci ildə inşa edilmiş “Berge Mulhacen” quru yük gəmisidir. Dedveyti 210 min ton olan bu gəminin də dörd fırlanan yelkəni olacaq.

“Berge Bulk” şirkətində dörd “Anemoi” yelkən sistemi ilə təchiz olunacaq hər bir gəminin ildə 1.5 min tona qədər yanacağa qənaət edəcəyini düşünürlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır