Hayfa limanı Hindistanın liman operatoruna satılacaq
İsraildə liman aktivlərinin alınması üzrə tenderin qalibləri Hindistanın liman operatoru “Adani Ports & Special Economic Zone Ltd” (“APSE.NS”) və İsrailin Aralıq dənizi sahildəki ən böyük yükaşırma mərkəzi olan və Hayfa limanını 1,18 milyard dollara alacaq “Gadot” kimya və logistika qrupu olub.
“Seanews.az”-ın məlumatına görə, tender prosedurları iki il çəkib. İsrail hökumətinin proqnozlarına görə, limanın “APSE.NS” və “Gadot”-a satışı rəqabət qabiliyyətinin yaxşılaşdırılmasına, idxal yüklərinin qiymətlərinin aşağı salınmasına və İsrail limanlarında gəmi dayanmalarının azalmasına kömək edəcək.
Müqavilənin şərtlərinə əsasən, nəzarət paketinin 70%-nə “Adani Ports”, qalan 30%-nə isə İsrailin “Gadot” şirkəti sahib olacaq. “Adani Ports & Special Economic Zone Ltd” (“APSE.NS”) Hindistanın ən böyük şaxələnmiş liman operatorudur və “Adani Group”a daxildir. “Adani Group” Mundra və Dahej (Hindistan) və Abbot Point (Avstraliya) limanlarında terminallara sahibdir və onları idarə edir, həmçinin Hazira, Mormuqao, Visakhapatnam və Kandla (Hindistan) və Dudgeon Pointda (Avstraliya) terminalları tikilir. “Adani Group” kömür və qaz istehsalı və satışı, logistika və enerji sahələrində fəaliyyət göstərir.


