“HMM” yeni gəmilərə və terminallara sərmayə qoyur
Koreyanın “HMM” gəmiçilik şirkəti 2026-cı ilə qədər 11,5 milyard dollar sərmayə qoymağı planlaşdırır.
“Seanews.az”-ın məlumatına görə, vəsaitlərin əsas hissəsi yeni gəmilərin tikintisinə, terminalların və digər logistika obyektlərinin alınmasına yönəldiləcək.
Şirkət üç ildə quru yük donanmasındakı gəmilərinin sayını 29-dan 55-ə, donanmasının tutumunu isə hazırkı 820 min TEU-dan 1,2 milyon TEU-ya çatdırmaq istəyir.
“HMM” gəmiçilik şirkəti həmçinin əsas regionlardakı terminallar hesabına logistika infrastrukturunu genişləndirməyə çalışacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


