ABŞ-dan Litvaya 150 000 kubmetr LNG çatdırılıb
Mayeləşdirilmiş təbii qazın (LNG) böyük partiyası ABŞ-dan Litvanın Klaypeda limanına çatdırılıb.
“Seanews.az” xəbər verir ki, bu barədə bazar ertəsi “Delphi” portalı məlumat yayıb.
"Qaz daşıyıcısı Klaypedaya təxminən 150 min kubmetr LNG çatdırıb", - Klaypeda terminalının operatoru “Klaipedos nafta” bildirib.
Dənizlə nəql edilən qazın qəbulu üçün üzən baza 2014-cü ilin dekabrında Litvada təchiz edilib. Bu terminal Norveçin “Hoegh” şirkəti tərəfindən təmin edilib.
Vilnüs şirkətin Cənubi Koreyada inşa etdiyi gəminin icarəsi üçün norveçlilərə onun mümkün geri qaytarılması variantı ilə on il müddətinə hər il 56 milyon avro ödəməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


