Rusiya gəmisi Hindistanda saxlanılıb
Hindistanın cənubundakı Kerala əyalətinin ali məhkəməsi bazar ertəsi günü Estoniyada yerləşən “Bunker Partner OU” şirkətinin iddiası əsasında yanacaq yükləmək üçün çəkilən 23,503 dollarlıq xərci ödəmədiyinə görə Rusiyanın “VV MAUA-I” yük gəmisinin həbsinə qərar verib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Rusiya gəmisi hazırda Koçin şəhərindəki dəniz limanındadır.
Gəmi Hindistan Hərbi Dəniz Qüvvələri üçün yük daşıdığına görə, məhkəmə həbs zamanı yükün boşaldılmasına icazə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


