Konteyner xətti alternativ yanacaqlardan istifadə etməklə daşımaları artırmaq niyyətindədir
Ən böyük beynəlxalq konteyner xətlərindən biri olan “CMA CGM” qrupu (Marsel, Fransa) əvvəllər “Bureau Veritas” təsnifat cəmiyyətində işləmiş alternativ yanacaq üzrə ekspert Marsyal Klodperi işə götürüb.
“Seanews.az”-ın məlumatına görə, Marsyal Klodper 2010-cu ildən 2022-ci ilin aprelinə qədər “Bureau Veritas” təsnifat cəmiyyətində dayanıqlı gəmiçilik sahəsində qlobal texnologiya lideri kimi çalışıb.
“CMA CGM” mayeləşdirilmiş təbii qazdan (LNG) alternativ dəniz yanacağı kimi istifadə edən ilk gəmiçilik şirkətlərindən biri idi. 2017-ci ildə şirkət hər birinin tutumu 22.000 TEU olan bir sıra LNG konteyner gəmiləri sifariş edib.
İyun ayında, LNG ilə işləyən gəmilərə əlavə olaraq, öz donanması üçün ilk metanolla işləyən gəmilər sifariş edib. Hər birinin tutumu 15.000 TEU olan altı gəmi 2025-ci ilin sonuna qədər istifadəyə verilməlidir.


