Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Kruiz turizmində azalma müşahidə olunur

Helsinkidə Sankt-Peterburqun Baltik dənizində beynəlxalq marşrutlara qaytarılmasından imtinaya görə kruiz turizmində azalma müşahidə olunur.

“Seanews.az”-ın məlumatına görə, Helsinki Limanının Sərnişin Daşımaları Şöbəsinin rəhbəri Kay Takolander deyib ki, Şimal paytaxtı uzun illər təkcə arxitekturasına görə deyil, həm də turistlərin marağına görə marşrutun prioritet istiqamətlərindən biri hesab olunub. Mövcud siyasi vəziyyət Helsinkiyə daxil olan gəmilərə mənfi təsir göstərib.

Bundan əlavə, ümumilikdə Finlandiya ətrafında səyahət etmək istəyənlərin sayı azalıb. ABŞ-dan gələn turistlər bu məsələdən xüsusilə narahatdırlar. Onlar ölkənin “münaqişə zonası”na yaxınlığından qorxurlar.

Xatırladaq ki, Sankt-Peterburqda avqust ayına qədər Finlandiyaya viza almaq üçün bütün tarixlər başa çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır