İspaniya gəmisinə insansız vasitələr inteqrasiya edilir
“Navantia” şirkəti ilk dəfə olaraq İspaniya donanmasının “Meteoro” sinfinə daxil olan dəniz patrul gəmisinə insansız vasitələr inteqrasiya edib.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, insansız vasitələr “Audaz” gəmisinin göyərtəsində “Scomba” Döyüş İdarəetmə Sisteminə uğurla inteqrasiya edilib.
İspaniya Hərbi Dəniz Qüvvələri əldə edilən nəticələrdən məmnunluğunu ifadə edib. Gəmi NATO-nun “Dynamic Messenger” təlimlərinə qoşulacaq.
NATO-nun təşkil etdiyi “Dynamic Messenger” təlimləri gələn ilin sentyabrında Portuqaliyada dəniz taktiki əməliyyatlarında insansız vasitələrin istifadəsi ilə bağlı əməliyyat konsepsiyalarını və doktrinalarını sınaqdan keçirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


