Piratlar Meksika körfəzində platformanı qarət ediblər
Silahlı quldurlar “Pemex” şirkətinin Kampeçe körfəzindəki (Meksika körfəzi) neft platformasına hücum ediblər.
“Seanews.az”-ın məlumatına görə, 10 nəfərdən ibarət soyğunçu dəstə təxminən üç saat platformanın göyərtəsində olub. Quldurlar işçiləri platformalardakı alətləri, materialları və bəzi əşyaları qayıqlarına yükləməyə məcbur ediblər.
Oğurluq zamanı heç kim xəsarət almayıb. Platforma Kampeçe körfəzinin dəniz yataqlarını qurudakı stansiya ilə birləşdirən üç boru kəməri üçün neft nasos stansiyasıdır. Piratçılıq Meksika körfəzi regionu üçün ciddi problemə çevrilir. Silahlı şəxslər həm platformalara, həm də ticarət gəmilərinə hücum edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


