Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

"YM Tutorial" konteyner gəmisindən Trans-Sakit okean xəttində istifadə olunacaq

“Yang Ming” şirkəti "YM Tutorial" konteyner gəmisini istismara qəbul edib. Bu, xəttin “Shoei Kisen Kaisha”-dan icarəyə götürdüyü 14 konteyner gəmisindən on ikincisidir.

“Seanews.az”-ın məlumatına görə, gəminin nominal tutumu 11860 TEU-dur.

Konteynerdaşıyan ballast suyunu təmizləyən qurğu və “alternativ dəniz enerjisi” ilə təchiz olunub. Uzunluğu 333,9 metr, eni 48,4 metr, suya oturumu16 metr, sürəti 23 düyündür.

"YM Tutorial" konteyner gəmisindən Trans-Sakit okean xəttində istifadə olunacaq. Gəmi Sindao - Ninbo - Pusan - Los Angeles - Kobe – Sindao ardıcıllığı ilə limanlara yan alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır