Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Türkiyənin inşa etdiyi sualtı qayıqların baş hissələri tədarük edilib

Türkiyədə ilk dəfə milli imkanlarla istehsal olunan sualtı qayıqlar üçün Hərbi Dəniz Qüvvələri Komandanlığına “Section 50” adlı baş hissələr tədarük edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

“Kritik sistemləri lokallaşdırmağa davam edirik. Gölcük Gəmiqayırma Zavodunun komandanlığına sualtı torpedo borularının daxil olduğu “Section 50” baş hissəsi təhvil verdik”, - deyə o qeyd edib.

Yeni hissələrin “Aydın Reis” və “Seydi Ali Reis” sualtı qayıqlarına inteqrasiya ediləcəyi bildirilir.

Bundan əvvəl ilk “Section 50” baş hissəsi 2021-ci ildə təhvil verilib. Bu hissə “TCG Murat Reis” sualtı qayığına inteqrasiya ediləcək.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən müasir sualtı platforması olacaq “Reis” sinifli sualtı qayıqların baş hissəsinə sualtı silahlar və idarə olunan raketlərin atışını təmin edən sistemlər daxildir. İstehsal olunan “Section 50” sayəsində “Reis” sualtı qayıqları 8 ədəd 533 mm-lik torpedo borusu ilə təchiz edilə biləcək. Layihə çərçivəsində 6 ədəd “Reis” sinfinə məxsus sualtı qayığın təhvil verilməsi planlaşdırılır. İlk iki sualtı qayığın torpedo borularını ehtiva edən bölmə layihənin əsas podratçısı olan Almaniyanın “ThyssenKrupp Marine Systems” şirkəti tərəfindən istehsal edilib. 3-cü, 4-cü, 5-ci və 6-cı sualtı qayıqlarda yerləşəcək “Section 50” bölməsi Türkiyədə ilk dəfə olaraq STM-nin əsas subpodrat şirkəti “Gürdesan” tərəfindən istehsal edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır