Danimarkanın gəmiçilik qrupu 2022-ci il üçün proqnozu yaxşılaşdırır
Danimarkanın “DFDS” gəmiçilik və logistika qrupu ikinci rübdə sərnişin daşımalarından əldə edilən mənfəətin dinamikasına və gözlənilən yük axınına əsaslanaraq, bu ilin maliyyə nəticələrinə dair proqnozunu yaxşılaşdırıb.
“Seanews.az”-ın məlumatına görə, “DFDS” yük və sərnişin daşımalarına tələbatın daha bir-iki ay yüksək qalacağını, sonra isə əlverişsiz makroiqtisadi amillərin və logistika sistemindəki fasilələrin təsiri altında onun azalmağa başlayacağını proqnozlaşdırır.
Şirkət cari 2022-ci il üçün təxminən 4,4-4,8 milyard Danimarka kronu (180,3 milyon ABŞ dolları) əməliyyat mənfəəti əldə etməyə ümid bəsləyir. Əvvəlki proqnoz 3,9-4,4 milyard Danimarka kronu idi.
Gəlir artımının əvvəllər proqnozlaşdırılan 30% əvəzinə 35% olacağını gözləyir.
Keçən il “DFDS” şirkəti 2020-ci illə müqayisədə 28% çox - 17,87 milyard Danimarka kronu gəlir əldə edib.


