İlk iki freqat Yunanıstana 2025-ci ildə təhvil veriləcək
Fransanın “Naval Droup” şirkəti Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün ikinci “FDI” freqatının tikintisinə başlayıb.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Keçən il Yunanıstan Fransa ilə 3 ədəd “FDI” freqatlarının tikintisi üçün müqavilə imzalayıb. İlk iki freqatın Yunanıstan Hərbi Dəniz Qüvvələrinə 2025-ci ildə, üçüncü freqatın isə 2026-cı ildə təhvil verilməsi planlaşdırılır.
Yunanıstan və Fransa 3 ədəd “Gowind 2500” korvetləri üçün danışıqları davam etdirir. Üç “FDI” freqatı və üç “Gowind 2500” korveti Yunanıstana təxminən 5 milyard avroya başa gələcəkdi. Lakin, Yunanıstan keçən il yalnız “FDI” freqatları üçün müqavilələr imzalayıb.
Hazırda “FDI” freqatları Fransada inşa edilir, növbəti freqat sifariş verilərsə, yeni gəmilər Yunanıstanda inşa ediləcək.


