Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

“Ocean Yield” şirkəti iki yanacaqla işləyəcək konteyner gəmisinə sərmayə qoyur

Norveçin “Ocean Yield AS” gəmiçilik şirkəti hazırda Cənubi Koreyanın “HJ Shipbuilding” tərsanəsində inşa olunan 5,5 min TEU tutumlu yeni konteyner gəmisi almaq qərarına gəlib.

“Seanews.az”-ın məlumatına görə, bu, iki növ yanacaq, o cümlədən sonradan metanolla işləməsinə imkan verəcək güc qurğuları ilə təchiz edilmiş konteyner gəmiləri seriyasından ikinci gəmi olacaq.

İnşası 2023-cü ilin mayında başa çatdırılacaq və istismar üçün yeddi illik çarter müqaviləsi ilə “ZIM Integrated Shipping Services Ltd”-yə veriləcək. Gəminin icarəsi “Ocean Yield” şirkətinə təxminən 80 milyon dollar gəlir gətirəcək.

2012-ci ilin martında yaradılmış “Ocean Yield ASA” şirkəti nəhəng ixtisaslaşmış dəniz donanmasına sahibidir. Neft istehsalı layihələrinə, uzunmüddətli icarəyə verilməklə gəmilərə və digər aktivlərə investisiya qoyur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır