Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

“Safer” tankerinin vəziyyəti ekoloji fəlakət təhlükəsi yaradır

Yəmən sahillərində tərk edilmiş “Safer” neft tankerinin vəziyyəti yanacaq çəninin qabıqlarının parçalanması və ekoloji fəlakətə səbəb ola biləcək partlayış riski səbəbindən narahatlıq doğurur.

“Seanews.az”-ın məlumatına görə, “Əl-Ərəbiyyə” telekanalı Yəmənin BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Səadinin belə bir bəyanatla çıxış edib.

“Safer” neft anbarının vəziyyəti pisləşməkdə davam edir. Neft sızması görünməmiş ekoloji, humanitar və iqtisadi fəlakətə səbəb ola bilər, çünki o, qonşu ölkələrə yayılacaq, Ədən körfəzinə və hətta Hind okeanına çatacaq,” - deyə daimi nümayəndə bildirib.

Əl-Səadinin sözlərinə görə, Yəmənin üsyançı hərəkatının tərəfdarları Qırmızı dənizin sularında, o cümlədən tankerin yerləşdiyi ərazinin ətrafına minalar yerləşdiriblər ki, bu da əlavə ciddi təhlükələr yaradır.

Aprel ayında bildirilmişdi ki, təhlükəni aradan qaldırmaq üçün BMT-yə 144 milyon dollar lazımdır.

“Safer” neft tankeri 2015-ci ildən Yəmənin Ras İsa limanı yaxınlığında lövbər salıb. Yəmən hökumətinin məlumatına görə, onun rezervuarlarında 1,14 milyon barel xam neft var. Qapalı məkanda əmələ gələn buxarlar güclü partlayışa şərait yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır