Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Hindistanda saxlanılan Rusiya gəmisi sərbəst buraxılıb

Hindistanın Koçin limanında saxlanılan Rusiyaya məxsus “MV MAIA-I” yük gəmisi məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, onun sahibi məhkəməyə müraciət edən Estoniyanın sahil xidməti şirkəti ilə yaranan bütün məsələləri həll edib.

Bu barədə TASS Rusiyanın Çennaydakı baş konsulu Oleq Avdeyevə istinadən məlumat yayıb.

“Rusiya gəmisinin sahibi ilə iddia qaldıran Estoniya şirkəti danışıqlar aparıb və yaranan məsələləri həll ediblər. Bundan sonra şirkət Kerala Ali Məhkəməsinə müraciət edib və iddiasını geri götürüb. Məhkəmə quru yük gəmisinin həbsi qərarını ləğv edib, işi bağlayıb və “MV MAIA-I”-in Koçin limanını maneəsiz tərk etməsinə icazə verib,”-deyə agentlik Avdeyevdən sitat gətirir.

Diplomatın sözlərinə görə, Rusiya quru yük gəmisinin heyəti heç bir problem yaşamayıb, çünki həbs yalnız gəmiyə şamil edilib. Dənizçilər gəmidə qalıblar və lazım olan hər şeylə təmin olunublar.

Xatırladaq ki, Hindistanın cənubundakı Kerala əyalətinin ali məhkəməsi bazar ertəsi Estoniyada yerləşən “Bunker Partner OU” şirkətinin iddiası əsasında götürdüyü 23,503 dollarlıq yanacaq xərcini ödəmədiyinə görə Rusiyanın “VV MAUA-I” yük gəmisinin həbsinə qərar vermişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır