Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Dəniz sınaqları zamanı təyyarədaşıyan gəmidə yanğın baş verib

Çərşənbə günü axşam saatlarında Hindistanın "Vikramaditya" təyyarədaşıyan gəmisində yanğın baş verib.

Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinə istinadən "The Times of India" qəzeti yazıb: "Planlı uçuşlar zamanı "Vikramaditya" təyyarədaşıyan gəmisinin göyərtəsindən yanğın xəbəri gəlib. Yanğın heyət tərəfindən yanğınsöndürmə sistemlərindən istifadə edilməklə lokallaşdırılıb. Tələfat barədə məlumat yoxdur. Komissiya yanğının səbəblərini araşdırır.”

“Seanews.az”-ın məlumatına görə, yanğın 18 aylıq təmirdən sonra Karnataka sahillərində təyyarədaşıyan gəminin dəniz sınaqları zamanı baş verib.

"Vikramaditya" gəmisi "Admiral Qorşkov" ağır təyyarədaşıyan kreyserinin modernləşdirilmiş nümunəsidir. 2013-cü il noyabrın 16-da 2,33 milyard dollara Rusiya-Hindistan müqaviləsinə uyğun olaraq Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilən təyyarədaşıyanın yükgötürmə qabiliyyəti 45 min tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır