Yeni xidmət çərçivəsində ilk 120 konteyner Mersinə çatdırılıb
“TransContainer” şirkəti Rusiya ilə Türkiyə arasında Novorossiysk və Mersin limanları vasitəsilə yüklərin daşınması üçün yeni multimodal xidmətə başlayıb.
“Seanews.az”-ın məlumatına görə, xidmət çərçivəsində Rusiyanın müxtəlif regionlarından ixrac yükləri dəmir yolu ilə Novorossiyskdəki “NUTEP” terminalına çatdırılır və oradan Mersin limanına göndərilir.
Xidmət idxalın çatdırılması üçün də əks istiqamətdə işləyir. Novorossiysk və Mersindən yüklərin göndərilməsi ayda 2 dəfə həyata keçiriləcək. “TransContainer” yüklərin yükalanın Türkiyədəki anbarına çatdırılması ilə Rusiya üzrə daşımaları təşkil edir. Dənizlə yüklərin tranzit müddəti 6 gündür.
Yeni xidmət çərçivəsində Novorossiyskdən göndərilən ilk 120 konteyner iyulun 20-də Mersinə çatdırılıb.


