Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Çinli dənizçi “Dənizdə müstəsna cəsarətə görə” mükafatı alacaq

Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Dənizdə müstəsna cəsarətə görə” mükafatı batmış gəmidən iki dənizçini xilas etdiyinə görə “Jian Qiao 502” tankeri kapitanının baş köməkçisi Bo Syuya təqdim olunacaq.

“Seanews.az”-ın məlumatına görə, "Tian Feng 369" gəmisi 2021-ci il dekabrın 12-də Çinin şimal-şərq sahillərində fırtınalı şəraitdə batmağa başlayıb. Donquan limanına doğru hərəkət edən "Jian Qiao 502" tankeri kursunu dəyişərək qəza vəziyyətində olan gəmiyə köməyə tələsib.

Bir saat yarım davam edən gərgin axtarışdan sonra Bo Syu iki dənizçinin olduğu xilasedici sal görüb. Onlar o qədər yorğun olublar ki, özlərini kəndirlə bağlaya bilməyiblər ki, gəmiyə qalxsınlar. Bo Syu tərəddüd etmədən suya atılıb və bir neçə cəhddən sonra güclü dalğaları dəf edərək sala çatıb, oradakı dənizçiləri kəndirlə bağlayıb. Bundan sonra onları tankerə qaldırıblar. Qurbanlardan biri hipotermiyadan dünyasını dəyişib, ikincisi sağ qalıb.

Bu il “Dənizdə müstəsna şücaətə görə” mükafatına ümumilikdə 41 nəfər təqdim olunub. Beş namizəd (onlar ayrı-ayrı şəxslər və ya qruplar ola bilər) İMO-nun tərifnamələrini, daha altı nəfər isə təşkilatdan təşəkkür məktubu alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır