“Dərya” gəmisinin tikintisi tam sürətlə davam edir
Türkiyədə “Dərya” gəmisinin tikintisi tam sürətlə davam edir.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirin “Twitter” hesabında yazdığına görə, platforma Dəniz Təchizatı Döyüş Dəstək Gəmisi (DIMDEG) Layihəsi çərçivəsində inşa edilən ilk gəmidir.
Türkiyə Hərbi Dəniz Qüvvələri üçün tikilən “TCG Dərya”nın 2024-cü ilin aprel ayında təhvil verilməsi planlaşdırılır.
Ən azı dörd gəminin ehtiyatını (qida, su, tibbi ləvazimatlar, yanacaq, sursat və s.) sahil dəstəyi olmadan həyata keçirə biləcək DIMDEG, həmçinin müəyyən səviyyədə gəmilərə, suüstü və sualtı vasitələrə, helikopterlərə və PUA-lara texniki qulluq və təmir işlərinə dəstək verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


