Tapıntılar “Dəniz İpək Yolu”nun tədqiqi üçün əlavə mühüm məlumatlar verəcək
Çinin sualtı tədqiqat gəmisi Cənubi Çin dənizindəki Sişa arxipelaqı yaxınlığında sualtı arxeoloji tədqiqat layihəsini tamamlayıb və Sanya limanına yan alıb.
“Seanews.az”-ın məlumatına görə, layihə iyunun 6-da başlayıb və 40 gündən çox davam edib. Sualtı arxeoloji işlər zamanı dulusçuluq və şüşə qab qırıqları, mis sikkələr və mismarlar, eləcə də digər nümunələr də daxil olmaqla 331 mədəniyyət abidəsi nümunəsi toplanıb. Bu tapıntılar alimlərə qədim “Dəniz İpək Yolu”nun tədqiqi üçün əlavə mühüm məlumatlar verəcək.
“Sanya jibao” qəzetinin yazdığına görə, layihə Çinin Mədəni İrsin Mühafizəsi üzrə Dövlət Administrasiyasının vahid planına uyğun olaraq Haynan əyalətinin Turizm, Mədəniyyət, Radio, Televiziya və İdman Departamentinin rəhbərliyi ilə həyata keçirilib. Təşkilatçılar Çin Xalq Respublikasının Mədəni İrsin Mühafizəsi üzrə Dövlət İdarəsi nəzdində Arxeoloji Tədqiqatlar Mərkəzi, Haynan vilayətindəki Sanşa şəhərinin Turizm, Mədəniyyət və Nəqliyyat Departamenti və Cənubi Çin Dənizinin Çin Muzeyi olub.
Çinin ilk xüsusi sualtı arxeoloji gəmisi 2014-cü ildə inşa edilib. Uzunluğu 56 metr, eni 10,8 metr olan gəmi 30 nəfər üçün nəzərdə tutulub.


