Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

“WETA” elektriklə işləyən bərə şəbəkəsinin inkişafına 14,9 milyon dollar sərmayə qoyur

Kaliforniya Nəqliyyat Agentliyi (“CalSTA”) San Fransisko Qəza-Xilasetmə Su Nəqliyyatı İdarəsinə (“WETA”) 14,9 milyon dollarlıq qrantı təsdiqləyib. Vəsait bərələrin tikintisinə və sahildən elektrik enerjisi ilə təchiz etmək üçün infrastrukturun yaradılmasına sərf olunacaq.

“Seanews.az”-ın məlumatına görə, bərə xidmətləri San Fransiskonun ən sürətlə böyüyən sahil əraziləri (o cümlədən Downtown, Treasure Island və Mission Bay) arasında əlaqəni təmin edir.

Maliyyə yardımı məqsədi ilə növbəti qrant Dövlət Nəqliyyatı Agentliyinin TIRCP proqramı vasitəsilə verilmişdir. 2020-ci ildə “WETA” sahil əsaslı enerji doldurma infrastrukturu ilə birlikdə ilk sıfır emissiyalı bərənin layihəsi və tikintisi üçün “CalSTA”-dan 9 milyon dollar alıb. 2022-ci ilin əvvəlində “WETA” şəbəkəyə akkumulyatorla işləyən gəmi əlavə etmək üçün Federal Nəqliyyat Administrasiyasından 3,4 milyon dollar qrant qazanıb.

Ayrılan vəsait üçüncü bərənin tikintisinə sərf olunacaq. Onun istismara verilməsi donanmasında ekoloji cəhətdən təmiz sərnişin gəmilərinin sayını dördə çatdıracaq.

2019-cu ildə 3 milyondan çox sərnişin “San Francisco Bay Ferry” bərə operatorunun xidmətlərindən istifadə edib. 2017-ci ildən “WETA” ümumi tutumu 3255 oturacaq olan səkkiz yeni bərəni istifadəyə verib. Daha üç gəmi tikilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır