Təmizlənmiş suyun 30 il ərzində fasilələrlə okeana axıdılması nəzərdə tutulur
Yaponiya Atom Enerjisinə Nəzarət Komitəsi qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasında (AES) reaktorların soyudulması üçün istifadə edilmiş və radiasiyadan təmizlənmiş suyun okeana axıdılması planını bəyənib.
Okeana axıdılması ərəfəsində suyun tərkibində tritiumun miqdarı Radioloji Müdafiə Üzrə Beynəlxalq Komissiyanın müəyyən etdiyi təhlükəsizlik normasının 1/40-ə və Dünya Səhiyyə Təşkilatının içməli su ilə əlaqədar müəyyən etdiyi normanın 1/7-ə qədər azaldılacaq.
Hazırda AES-in ərazisindəki çənlərdə təmizlənmiş1,25 milyon ton su toplanıb. Bu suyun 30 il ərzində fasilələrlə okeana axıdılması nəzərdə tutulur. “Kyodo” agentliyinin məlumatına görə, prosesə gələn ilin yazında başlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


