Qara dənizdəki təlimlərə 24 gəmi və qayıq cəlb edilib
NATO Qara dənizin Bolqarıstana aid hissəsində “Briz” adlı hərbi təlimlərə başlayıb.
Bolqarıstanın “News.bg” nəşrinin yazdığına görə, bu, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir.
Təlimlərə Şimali Atlantika Alyansına daxil olan 11 ölkənin - Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə və Fransanın 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, 4 helikopteri və 1 390 hərbçisi cəlb edilib.
Gəmiəleyhinə üzən minalar riskini nəzərə alaraq, təlimlərin keçirildiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


