Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Hücum kateri istismardan çıxarılıb

Uzun illərdir Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığında xidmət edən “Doğan” sinfinə məxsus “TCG Martı” hücum kateri istismardan çıxarılıb.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, “Doğan” sinfinə məxsus katerlər mərhələli şəkildə istismardan çıxarılır. “TCG Martı”nın inventardan çıxarılmasından sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin arsenalında bu sinifdən 3 kater qalıb.

“TCG Martı” 1978-ci ilin avqustundan Türkiyə Hərbi Dəniz Qüvvələrinin xidmətindədir. “TCG Doğan” (P-340), “TCG Tayfun” (P-342) və “TCG Volkan” (P-343) döyüş gəmiləri hal-hazırda xidmətlərini davam etdirirlər.

“TCG Martı” istismardan çıxarıldıqdan sonra Türkiyə Hərbi Dəniz Qüvvələrində aktiv döyüş gəmilərinin sayı 18-ə enib.

Gəmilər 4-ə qədər gəmi əleyhinə raket, 1 x 76 mm dəniz topu və 1 x 35 mm hava hücumundan müdafiə silahına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır