“OOCL” konteyner xətti elektron konosamentlərə keçir
“Orient Overseas Container Line” gəmiçilik şirkəti elektron yük sənədlərinə keçdiyini bildirib. Bu, qlobal təchizat zəncirlərinin səmərəliliyini artırmaq və daşıma baxımından ətraf mühitə mənfi təsirləri azaltmaq üçün edilir.
“Seanews.az”-ın məlumatına görə, “OOCL” konteyner xəttinin tətbiq etdiyi həll “IQAX Limited” şirkəti tərəfindən hazırlanmışdır və “Global Shipping Business Network” blokçeyn platformasına əsaslanır. Texnologiya bütün iştirakçı tərəflərə real vaxt rejimində prosesin vəziyyəti haqqında məlumat almağa imkan verir, məlumatların qorunmasını, həqiqiliyini, dəqiqliyini və izlənilməsini təmin edir.
Daşıma prosesinin iştirakçıları - yük sahibləri, daşıyıcılar, ekspeditorlar, banklar onlayn rejimdə nəinki konosamentlər verə, həm də onları idarə edə, hüquqları ötürə, statusa dəyişiklik edə, hadisələrin tarixinə baxa bilərlər.
“OOCL”-də əmindirlər ki, “Elektron konosamentlərin tətbiqi biznes əməliyyatlarına inqilabi dəyişikliklər gətirir”.


