Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-21,
Seanews
Heyder Eliyev

Böyük Britaniyaya məxsusu atom sualtı qayıqları Cənubi Çin dənizində patrul xidməti həyata keçirəcək

Avstraliya Böyük Britaniyanın atom sualtı qayıqlarının Cənubi Çin dənizində patrul xidməti keçməsi üçün onların Pert hərbi-dəniz bazasında limanına yerləşməsinə icazə verəcək.

“DailyMail” nəşrininAvstraliyaMüdafiə Nazirliyinə istinadənverdiyi məlumatda qarşıdakı bir neçə ay ərzində bu atom sualtı qayıqların qitənin qərb sahillərində yerləşəcəyi, avstraliyalı dənizçilərin isə həmin qayıqlarda peşə səviyyəsini artıracağı qeyd edilir.

Bununla belə, Avstraliyada yerləşəcək Böyük Britaniyaya məxsus atom sualtı qayıqların dəqiq sayı barədə məlumat gizli saxlanılır.

Xatırladaq ki, Avstraliya atom sualtı qayıqları donanmasının yaradılması barədə planını 2021-ci ildə, AUKUS-un təsis olunmasından dərhal sonra elan edib. Avstraliyanın AUKUS-dakı tərəfdaşlarının köməyi ilə səkkiz sualtı qayıq inşa edəcəyi və bu qayıqları ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcəyi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır