“CMA CGM” gəmiçilik şirkətinin baş direktoru artıq mənfəətə vergi tətbiq edilməsi təklifinə qarşı çıxıb
“CMA CGM”-in baş direktoru Rodolf Saade böyük şirkətlər üçün artıq mənfəətə vergi tətbiq edilməsi təklifinə qarşı çıxıb. Belə tədbirlər inflyasiyanın artması fonunda fransız qanunvericiləri tərəfindən təklif edilir.
“Biz təkcə xeyriyyəçilik üçün vəsait ayırmırıq. İstəyirəm ki, hamı “CMA CGM”-ə baxmağı dayandırsın və mənim rəqiblərimə baxmağa başlasın”, - nəşr iyulun 20-də Fransa Senatında keçirilən dinləmələrdə R.Saadenin bəyanatından sitat gətirir.
O qeyd edib ki, mənfəətin artması səbəbindən şirkətə qarşı siyasi təzyiqlər artır.
“Fransa qanunvericiləri “CMA CGM”, “TotalEnergies” və “Engie” kimi nəqliyyat və enerji nəhənglərinin izafi mənfəət adlandırdıqları məbləğə 25%-ə qədər vergi qoymağı planlaşdırırlar. Bu vəsait istehlakçıların alıcılıq qabiliyyətinin qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Plan hökumətin dəstəyini almasa da, birinci rübdə xalis gəliri üç dəfədən çox artaraq 7,2 milyard dollara çatan “CMA CGM”-nin diqqətini çəkib.
“Yüklərin daşıma qiyməti 350 dollar olanda siz harada idiniz? Bəzi məqamlarda bir həftə belə davam gətirə biləcəyimizə əmin deyildik. Heç kim bizimlə danışmaq belə istəmədi,”-deyə R.Saade senatorlara narazılığını ifadə edib.
“Seanews.az”


