Su taksisi başqa bir gəmi ilə toqquşaraq aşıb
Rotterdamın mərkəzində, Erasmus körpüsünün yaxınlığında iki sərnişin gəmisi toqquşub.
“Seanews.az”-ın məlumatına görə, altı nəfəri daşıyan su taksisi çevrilərək batıb, digər gəzinti gəmisi isə böyük zərər görməyib.
Su taksisinin göyərtəsində kapitan və biri uşaq olmaqla beş sərnişin olub. Onların hamısı xilas edilib və müayinə üçün xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar gəmiçilik marşrutu müvəqqəti bağlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


