Bəndin Nil çayının suyu ilə doldurulmasına dair bəyanat Misirdə böyük narahatlığa səbəb olub
Rəsmi Əddis-Əbəbənin Böyük Efiopiya Renessans Bəndinin Nil çayının suyu ilə doldurulmasına dair bəyanatı Misirin böyük narahatlığına səbəb olub.
Misir rəsmilərinin bildirdiyinə görə, həmin bəndə axıdılan su ehtiyatları çayın Mavi Nil adlanan qolundan gəlir və bu mənbə Misirin su ehtiyatlarının 85 faizini təmin edir.
Misirin xarici işlər naziri Sami Şükrü yerli televiziya kanalına müsahibəsində onun ölkəsinin su ehtiyatları ilə bağlı maraqlarına zərər verilməsinin beynəlxalq və regional gərginliyə səbəb olacağını açıqlayıb.
Qeyd edək ki, Qərbin də vasitəçilik etdiyi uzunmüddətli danışıqlara rəğmən Böyük Efiopiya Renessans Bəndi ətrafında yekun razılaşma əldə olunmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


