Balıqçı gəmisində köməksiz qalan miqrantlar xilas edilib
İtaliya sahillərində balıqçı gəmisində köməksiz qalan miqrantlar xilas edilib.
İtaliya Sahil Mühafizə Komandanlığı Kalabriya bölgəsindən 124 dəniz mili uzaqlıqdakı balıqçı gəmisində köməksiz qalan miqrantların xilas edilməsi üçün əməliyyat keçirib.
Bir şəxsi gəmi, 3 sahil təhlükəsizlik patrul gəmisi və bir maliyyə polisi patrul gəmisinin iştirak etdiyi əməliyyatda ümumilikdə 674 miqrant xilas edilib. Xilas edilən miqrantlar Kalabriya və Siciliyanın müxtəlif limanlarına çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


