ABŞ kiçik gəmiqayırma zavodlarına 20 milyon dollar ayırır
ABŞ Nəqliyyat Departamentinin Dəniz Administrasiyası (MARAD) Kiçik Gəmiqayırma Zavoduna Dəstək Proqramı çərçivəsində ölkənin 19 ştatında 24 gəmiqayırma şirkətinə 19,6 milyon dollar qrant verəcək.
"Bu qrantlar ölkə daxilində kiçik gəmiqayırma zavodlarının modernləşdirilməsinə, iş yerlərinin yaradılmasına və qorunub saxlanılmasına, Amerikanın gəmiçilik sənayesini gücləndirməyə və iqtisadi gələcəyimizi təmin etməyə kömək edəcək", - ABŞ Nəqliyyat naziri Pit Buttijiq açıqlamasında bildirib.
“Seanews.az”-ın məlumatına görə, 2008-ci ildən bəri MARAD ABŞ-ın 32 ştatında 300-ə yaxın kiçik gəmiqayırma zavoduna ümumilikdə 282,2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərmişdir. Amerikada unutmurlar ki, bu gəmiqayırma zavodları kiçik bir investisiyanın belə böyük fərq yarada biləcəyi ailə müəssisələridir.


