Rusiya nefti daşıyan gəmilərin əksəriyyəti “Aframax” tipli tankerlərdir
Əvvəllər İran neftini daşıyan 11 tanker hazırda Rusiya xammalını nəql edir.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu tankerlər 2022-ci ilin aprel ayından anbarlarına Rusiyadan neft və neft məhsulları qəbul edir.
Rusiya nefti ilə yüklənmiş gəmilərin əksəriyyəti 730 min barel neft daşıya bilən “Aframax” tipli tankerlərdir. Bundan başqa, onların arasında tutumu təxminən 2 milyon barel olan iri neft daşıyıcıları da var.
“Kommersant” yazır ki, iyulun birinci yarısında Rusiyadan tədarüklər gündə 250 min barrelə yüksəlib. Bu, aprel ayı ilə müqayisədə 170 min çoxdur. Eyni zamanda, Ukrayna hadisələri ilə əlaqədar daha çox şirkət Rusiya neftini nəql etməkdən imtina etdiyi üçün daşıma qiymətləri artır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


