Danimarka gəmiləri Rusiya nüvə sualtı qayığını müşayiət edir
Danimarka hərbi dəniz donanmasının gəmiləri İsveçin ərazi sularına doğru hərəkət edən Rusiya nüvə sualtı qayığını müşayiət edir.
"Təhlükəsizlik baxımından Danimarka donanmasının Rusiya sualtı qayığını nə vaxtdan izlədiyini açıqlamırıq",-deyə Danimarka Müdafiə Nazirliyinin sözçüsü Karen Dalin bildirib.
“Seanews.az”-ın məlumatına görə, sualtı qayıq Hərbi Dəniz Qüvvələri Gününü qeyd etmək üçün Sankt-Peterburqa gedir.
İsveç hərbi idarəsi hələlik Rusiya nüvə sualtı qayığının keçməsini şərh etməyib. İsveç Silahlı Qüvvələrinin sözçüsü Mari Tiseter deyib:"Biz yaxın ətrafımızda baş verənlərə tam nəzarət edirik və hadisələrin inkişafını hər zaman yaxından izləyirik. Qalan şeylərlə bağlı, heç bir açıqlamamız yoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


