Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Ukraynanın Çernomorsk limanından taxıl daşıyan ilk gəmi sabah yola düşəcək

Ukraynanın Çernomorsk limanından taxıl daşıyan ilk gəmin çərşənbə günü yola düşməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov bildirib ki, işlərin yaxın günlərdə başlayacağı gözlənilir. Bu həftə İstanbulda koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün.

Xatırladaq ki, ərzaq məhsullarının və gübrələrin dünya bazarlarına ixracı probleminin həli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb. Buraya İstanbul koordinasiya mərkəzinin təşkili də daxildir. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sözlərinə görə, mərkəzin nümayəndələri taxıl yüklü ilk gəminin Ukrayna limanlarından tezliklə çıxması üçün prosesləri koordinasiya edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır