Rotterdam vasitəsilə konteyner daşımalarının dayandırılmasının Rusiyaya təsiri böyük deyil
Avropanın ən böyük limanı olan Rotterdam tərəfindən Rusiyaya və Rusiyadan konteyner daşımalarının dayandırılması Rusiyanın tranzitinə o qədər də təsir etməyəcək.
“Seanews.az”-ın məlumatına görə, Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının (CCTT) Baş katibi Gennadi Bessonov bu fikirdədir.
"Avropa İttifaqından tranzit hələ də Belarus və Polşa ərazisindən keçir. Düşünürəm ki, ümumi mənzərədə ciddi dəyişiklik olmayacaq", - deyə o, bildirib.
Bessonov vurğulayıb ki, Almaniyanın Mukran limanı Rusiya üçün daha çox maraq doğurur - yük axınları Kalininqrad vasitəsilə bu limana gedə bilər.
“Bizim üçün, əlbəttə ki, ən vacibi Kalininqrad və Sankt-Peterburqa bərə keçidlərinin qurulduğu Mukran limanıdır”, - ekspert qeyd edib.
Bundan əlavə, Bessonovun sözlərinə görə, Rotterdam vasitəsilə Rusiyadan daşınmaların həcmi az olub. CCTT-nin Baş katibi onu da əlavə edib ki, Rusiya “Maersk” ilə işləyərkən Rotterdam limanı vasitəsilə qarşılıqlı əlaqə qurub.


