“SAFEEN Feeders” iki “Supramax” balkeri alır
Güclü tələbat fonunda “SAFEEN Feeders” şirkəti iki “Supramax” gəmisi alıb.
“Seanews.az”-ın məlumatına görə, gəmilərdən biri 2010-cu ildə inşa edilmiş “AL SAAD” balkeridir. Uzunluğu 200 metr, suya oturumu 12,5 metr və dedveyti 57 124 ton olan gəmi hər birinin yükqaldırma qabiliyyəti 30 ton olan dörd kranla təchiz edilmişdir.
Şirkətin bundan əvvəl aldığı “ALEENA-1” quru yük gəmisi də 2010-cu ildə tikilmişdir.
Qeyd edək ki, 2020-ci ildə “AD Ports Group” tərəfindən qurulan “SAFEEN Feeders” şirkəti BƏƏ, Fars körfəzi və Hindistan ərazisində qalaq yüklərin daşınması və aşırılması xidmətləri göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


