Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

“DP World” şirkəti “J&J Group”-un bütün payını alacaq

“DP World”-ə daxil olan “Imperial” şirkəti “J&J Group”-da 100% pay əldə etmək üçün bütün antiinhisar tələblərə əməl edib. “J&J Group”-un 2021-ci il iyulun 29-da elan edilmiş ilk 51% payının alınması ilə bağlı sövdələşmə 2022-ci il iyulun 18-də bağlanıb. Daha sonra ikinci və üçüncü - müvafiq olaraq 46,5% və 2,5% səhmlərin alınması planlaşdırılır.

“Seanews.az”-ın məlumatına görə, “J&J Group”-un alınması “Imperial” şirkətinə Cənubi Afrikadan kənarda bazara girməyə və Afrikanın nəqliyyat dəhlizlərinə birbaşa limandan müştəriyə inteqrasiya olunmuş çıxış əldə etməyə kömək edəcək.

“DP World” (Dubay, BƏƏ) beynəlxalq dəniz terminallarının qabaqcıl operatorlarından, logistika və digər xidmətlərin təminatçılarından biridir. Dünyanın 120 ölkəsində 46 mindən çox işçisi olan bu şirkət konteynerlərin aşırılması üzrə ixtisaslaşmışdır və gəlirinin 50%-dən çoxunu da belə aşırmadan əldə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır